SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova milli bayram olan "Axal-Teke ayğır günü" şərəfinə səkkiz at hədiyyə edilib.

BAKU.WS xəbər verir ki, bu barədə "hronikatm.com" portalı yazıb.

Aşqabadda bayram münasibətilə hippodromda rəssamlar, heykəltaraşlar, habelə işlərini atlara həsr etmiş zərgərlər arasında yaradıcılıq müsabiqəsi keçirilib.

Bundan əlavə, Axal-Teke cinsinin ən gözəl atının seçildiyi gözəllik müsabiqəsi keçirilib.

Qeyd olunduğu kimi, dövlət başçısı ona bağışlanan atlardan birinə minib. Bayram şərəfinə atçılıq yarışları da keçirilib, qaliblərə pul mükafatları təqdim olunub.

Həmçinin rəqqaslar və musiqiçilər hippodromda çıxış ediblər və prezident şəxsən rep dinləyib.

BAKU.WS
VİDEO