Gürcüstanda ümumi karantin rejimi çərçivəsində komendant saatının tətbiqinə start verilib.

BAKU.WS "Report”a istinadən xəbər verir ki, saat 21:00-dan 06:00-dək davam edəcək vaxt ərzində bütün ölkə ərazisində həm piyadalar, həm də nəqliyyat vasitələrinin hərəkəti tam qadağan olunub.Gürcüstan hökuməti vətəndaşları komendant saatının tələblərinə əməl etməyə çağırıb. Qaydaları pozan fiziki şəxslər 3 min lari (910 ABŞ dolları), hüquqi şəxslər isə 15 min lari (4 554 ABŞ dolları) məbləğində cərimə olunacaqlar.Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı qonşu ölkədə aprelin 21-dək fövqəladə vəziyyət, bu gündən etibarən isə ümumi karantin elan edilib.

BAKU.WS