SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanda koronavirusa yoluxma təsdiqlənmiş şəxslərin sayı 49 nəfərə çatıb. 

BAKU.WS-in məlumatına görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib.

Hazırda ölkə üzrə karantinə alınanların sayı 1966 nəfər təşkil edir, 259 nəfər isə stasionar şəraitdə müalicə alır.

Qeyd edək ki, ölkədə virusa yoluxma halı ilk dəfə fevralın 26-da təsdiqlənib.

BAKU.WS