SİZİN REKLAM BURADA!
055 213 76 73


TV 8-də yayımlanan "Survivor 2020" yarışmasında gərginlik yaşanıb.

BAKU.WS xəbər verir ki, "Survivor" yarışmasında "Məşhurlar" komandasının üzvləri arasında mübahisə düşüb.

Pərviz və Mert bir-birləri ilə söz davasına çıxıblar. Mertin zəif çıxışına irad tutan Pərviz gözlənilməz reaksiya ilə qarşılaşıb.

Mertin buna reaksiya verməsi mübahisəni bir az da qızışdırıb. Məsələyə Ərzin də müdaxilə edib.

Uğursuz çıxış etdiklərini söyləyən Mert məğlub olduqları oyunların sayını söyləyib.

Pərviz isə Mertə hesablama vaxtı olmadığını söyləyib.

Daha sonra tərəflər danışaraq mübahisəyə son qoyub. 

BAKU.WS
VİDEO