VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda daha bir nəfər koronavirusa yoluxmaq şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

Bildirilir ki, adı açıqlanmayan Litva vətəndaşı Zuqdidi Yoluxucu Xəstəliklər Xəstəxanasına aparılıb.

Xəstəxana direktoru Nodara Çikovani jurnalistlərə açıqlamasında deyib ki, Litva vətəndaşında qrip siptomları aşkar edildiyi üçün xəstəxənaya yerləşdirilib: "Müvafiq klinik tədqiqatlar aparılır və xəstə nəzarət altındadır. Xəstə dünən Vilnüsdən Kutaisi hava limanına birbaşa təyyarə ilə gəlib".

Qeyd edək ki, buna qədər İrandan Azərbaycan ərazisindən keçməklə Gürcüstana gələn 50 yaşlı yerli vətəndaşda koronavirus aşkar olunmuşdu.

BAKU.WS