SİZİN REKLAM BURADA!
055 213 76 73


Beylikdüzüdə xəstəxanaların birində yerləşdirilən 87 yaşlı aktrisa Muhterem Nur orqan çatışmazlığından əziyyət çəkir və bu səbəblə onun üç gün müalicə aldığı bildirilir.

BAKU.WS “tv100” saytına istinadən xəbər verir ki, əsl adı Aysel Qısa Akbaş olan Muhterem Nur bir dövrün məşhur aktrisaları siyahısında yer alırdı.

İlk filmi “Boş Beşik”dən sonra 1958-ci ildə “Üç arkadaş”da çəkilən aktrisa bu filmdən sonra məşhurlaşmağa başladı. Muhterem Nur Fikret Hakan, Salih Tozan ve Semih Sezerli kimi məşhur aktyorlarla baş rolu bölüşmüşdü.

Qeyd edək ki, Muhterem Nur 1986-cı ildə məşhur Türkiyəli musiqiçi Müslüm Gürses ilə ikinci evliliyini edib. Cütlük 2013-cü ildə Müslüm Babanın vəfatına qədər birlikdə yaşayıb.

Xatırladaq ki, Möhtərəm Nur 1998-ci ildə 17-ci İstanbul Film Festivalında Şərəf Mükafatına layiq görülüb.

BAKU.WS