SİZİN REKLAM BURADA!
055 213 76 73


Çində yeni tip Covid-19 adlı koronavirusdan sonra indi də Yaxın Şərq tənəffüs sindromu (MERS) epidemiyası ortaya çıxıb.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, Qətərin rəsmi nümayəndələri yaşlı bir nəfərin MERS virusuna yoluxduğunu açıqlayıb.

Xəstə dərhal xəstəxanaya yerləşdirilib.

Məlumat üçün bildirək ki, 2012-ci ildən etibarən yayılan MERS epidemiyası bu vaxta qədər 2495 nəfərdə görülüb və onlardan 858-i vəfat edib.

Qeyd edək ki, koronavirus isə bu günə qədər Çində 2005 nəfərin ölümünə səbəb olub. Bundan başqa, 74 min 185 nəfər virusa yoluxub və onlardan 11 min 977 nəfərin vəziyyəti ağırdır.

Fərid ƏDALƏT
BAKU.WS