SİZİN REKLAM BURADA!
055 213 76 73


2008-2018-ci illərdə Rusiyanın “Rubin” klubunda forma geyinmiş türkiyəli futbolçu Gökdəniz Qaradəniz Kazanda məscid tikdirir.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, 23 iyun 2016-cı ildə təməli atılan məscidin inşasında son mərhələyə keçilib.

Türkiyənin Kazandakı Baş konsulu İsmət Erikan və köməkçisi Xalid Könüllü məscidin inşa edildiyi yerə baş çəkib və prosesi izləyib. Baş konsul inşaatla bağlı son məlumatları alıb.

Məlumata görə, məscidin yay aylarına qədər istifadəyə verilməsi gözlənilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da açılışa dəvət ediləcəyi bildirilir.

Qeyd edək ki, 2 mərtəbəli məscid-kompleks ümumilikdə 300 kv.m ərazini əhatə edir. Kompleksdə yeməkxana, kitabxana və digər sosial mərkəzlər də yerləşəcək.

Məscidin minarələrindən biri türk memarlıq üslubunda, digəri isə tatar memarlıq üslubunda tikilib.

Fərid ƏDALƏT
BAKU.WS
QALEREYA