SİZİN REKLAM BURADA!
055 213 76 73


İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi FETÖ terror təşkilatının üzvü olan şəxslərin saxlanılması istiqamətində əməliyyatları davam etdirir.

BAKU.WS-in məlumatına görə, Türkiyənin İstanbul, Ankara, İsparta və Bolu şəhərlərində terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 28 dövlət qulluqçusundan 14-ü saxlanılıb. Onların, eyni zamanda, təşkilatın kriptoqrafik xəbərləşmə sistemi “Bylock”dan istifadə etdikləri də müəyyən olunub.

Şübhəlilərdən beşinin xaricdə olduğu aşkarlanıb. Hazırda digər şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

BAKU.WS