SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkmənistanın şərqindəki Lebap əyalətində dövlət idarələrinin 40 yaşdan yuxarı kişi əməkdaşlarına saçlarını qara rəngə boyamaq qadağan edilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun Türkmənistan bürosu məlumat yayıb.

Saçlara boya qoymaqla bağlı qadağa məktəb, xəstəxana və digər büdcə müəssisələrinin işçilərinə fevralın 1-dən etibarən qoyulub.

Eyni zamanda saçları ağarmayanlar saçlarını açıq rənglə boyayaraq ağarmış saç görüntüsü yaratmalıdırlar.

İdarə rəhbərləri yeni tələbi saçlarını boyamağı dayandıran prezident Qurbanqulu Berdimuhamedovun imicini dəyişdirməsi ilə izah ediblər.

BAKU.WS