SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanı rəhbərliyi uzun müddət gedən müzakirələrdən sonra erkən nikahla bağlı vacib qərar qəbul edib.

BAKU.WS xəbər verir ki, bu barədə “Saudi Gazette” nəşri məlumat yayıb.

Səudiyyə Krallığının yeni qərarına əsasən, bundan sonra ölkə ərazisində erkən evlilik qadağan olunub.

Yerli vətəndaşlara şamil olunan qadağa 18 yaşından tez evlənməyə icazə vermir.

Yeni qanun Ədliyyə naziri Vəlid əl-Samani tərəfindən bütün yerli məhkəmələrə göndərilib.

Qeyd edək ki, buna qədər Səudiyyə Ərəbistanının qanunvericiliyində evlilik üçün minimum yaş həddi 15 yaş idi.

BAKU.WS