SİZİN REKLAM BURADA!
055 213 76 73


Avstriyada “Bozqurd” işarəsi tutaraq “Facebook”da canlı yayım edən avtobus sürücüləri işdən çıxarılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Vyana şəhər xətləri” nəqliyyat şirkətinin sözçüsü Kristof Heşmatpor deyib.

O bildirib ki, şirkətin avtobus parkında qeydə alınan görüntülərdə 4 sürücünün “Facebook”da canlı yayım etdiyi əsnada “Bozqurd” işarəsi tutaraq görüntülənməsindən sonra həmin şəxslər barəsində araşdırma aparılıb və onların işinə son verilib. K.Heşmatpor “Bozqurd” işarəsi tutmayan, ancaq videoda görüntülənən sürücülər barəsində də müvafiq araşdırmanın aparılacağını söyləyib.

Məlumata görə, işdən çıxarılanlardan biri Azərbaycan vətəndaşıdır. “Vyana şəhər xətləri” şirkətinin mətbuat xidmətinin əməkdaşı Katrin Liner şəxslər barədə məlumatların qorunması səbəbindən bu barədə informasiya verə bilməyəcəklərini bildirib.

Məlumat üçün qeyd edək ki, Avstriyada keçən ilin mart ayında aralarında “Bozqurd” işarəsinin də olduğu bəzi simvollar qadağan edilib. Səbəb kimi isə həmin işarətlərin "radikal milliyətçiliyi və faşizmi simvolizə etməsi" göstərilib. Qanuna riayət etməyən şəxsləri 4 min avro cərimə və bir ay həbs cəzası gözləyir.

BAKU.WS
VİDEO