SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın baş naziri Mixail Mişustin erməni həmkarı Nikol Paşinyanla Avrasiya İqtisadi İttifaqının hökumətlərarası şurasının iclasından sonra "selfie" çəkdirib.

BAKU.WS xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Görüşün əvvəlində salona girən Mişustin masada əyləşmək istəsə də, Paşinyan ona şəkil çəkdirməyin lazım olduğunu xatırladıb və bayraqlara tərəf dəvət edib.

Baş nazirlər əllərini sıxıb və bir neçə saniyə poza verib. Daha sonra Rusiya hökumətinin başçısı erməni həmkarından "selfie" sözünün erməni dilində necə olacağını soruşub. Paşinyan isə "selfie" sözünün erməni sözü olduğu bildirib.

BAKU.WS
VİDEO