SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində iki erməni əsgər yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "tert.am" portalı məlumat yayıb.

Məlumata görə, 2001-ci il təvəllüdlü Qenri-Ayk Zakaryan və Armen Mesopyan güllə yarası alıblar.

Yaralanan əsgərlərdən Zakaryanın vəziyyətinin ağır olduğu deyilir.

Erməni əsgərlərin hansı şəraitdə güllə yarası alması məlum deyil.

Hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır.

BAKU.WS