SİZİN REKLAM BURADA!
055 213 76 73


Bavariyanın Münhen yaxınlığında yerləşən Ştokdorf şəhərciyinin sakinində dünyada daha çox koronavirus adı ilə məşhur olan təhlükəli “2019-nCoV” virusu aşkar edilib.

BAKU.WS-in məlumatına görə, 33 yaşlı xəstə təcrid edilib. Almaniyanın ilk koronavirus daşıyıcısı ilə birbaşa təmasda olan şəxslərin hamısı xəstəliyin ilkin əlamətləri barədə məlumatlandırılıb.

Məlum olub ki, müəyyən müddət əvvəl onun ofisinə çinli qadın gəlib. Qadın vətənə qayıdandan sonra onda həmin virus aşkar edilib.

Yeni tip koronavirusun yayılma ocağı olan Çinlə yanaşı, bu virusa yoluxma halları Tailand, Cənubi Koreya, Yaponiya, Avstraliya, Sinqapur və ABŞ-da qeydə alınıb.

BAKU.WS