SİZİN REKLAM BURADA!
055 213 76 73


Müxtəlif ölkələrdə əhalinin yaş qrupu fərqli olur. Bəzi ölkələrdə gənclər, digərlərində isə orta yaşlı insanlar çoxluq təşkil edir. Son zamanların demoqrafik tədqiqatları da göstərir ki, bəzi ölkələrdə qadınlar və kişilərin sayında ciddi uyğunsuzluq var.

BAKU.WS "Rambler"ə istinadən xəbər verir ki, ərəb ölkələrində kişilər qadınlardan daha çoxdur. Lakin postsovet məkanında vəziyyət tamamilə fərqlidir.

Latviya
Bu ölkədə kişilərin sayında ciddi azalma müşahidə olunur. Yüz qadına yalnız 84.8 kişi düşür. Latviyalı xanımlar Aİ ölkələrinə həyat yoldaşı tapmaq üçün tez-tez gedirlər. Eyni zamanda turistlər və miqrantlarla münasibət qurmağa çalışırlar. Litvada da oxşar vəziyyət yaşanır.

Kurasao
Bu ölkə haqqında hər kəs məlumatlı deyil, çünki Venesuela yaxınlığında Karib dənizindəki bir adada yerləşir. Ölkə Niderlandın bir hissəsidir, amma oradakı əhali ilə bağlı vəziyyət acınacaqlıdır. Adada ümumilikdə 150 ​​min insan yaşayır. Hər yüz qadına cəmi 85,6 kişi düşür. Turistlər və ya miqrantlar nadir hallarda adaya gəlir və ən yaxın "materik"ə çatmaq çox problemlidir. Buna görə, Kurasao əhalisi hər il azalır.

Ukrayna
Tarixən slavyan qadınlar müxtəlif ölkələrin vətəndaşları arasında çox məşhur olublar. Ukraynalılar da istisna deyil. Bu ölkədə yüz qadına 86.3 kişi düşür. Son zamanlar ölkədə kişilər yeni ailə qurduğu üçün tənha anaların da sayı artıb.

BAKU.WS