SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin uzadılmasına dair qərar verib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, fövqəladə vəziyyət rejimi, yanvarın 19-dan etibarən daha 3 ay uzadılıb.

Qeyd edək ki, fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub. Bundan əvvəl fövqəladə vəziyyət rejimi 5 dəfə 3 ay müddətinə uzadılıb.

BAKU.WS