SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Milli Onkologiya İnstitutunun və Çana Xalq Sağlamlığı Məktəbinin alimləri xərçəngin qarşısını almağın sadə yolunu tapıblar. Məlum olub ki, fiziki hərəkətlər yeddi növ bədxassəli şişlərin inkişaf riskini azaldır.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, alimlərin bu rəyi “MedicalXpress”də dərc olunub.

Tədqiqatda 750 min pasiyent iştirak edib. Onlar fiziki potensialları haqda məlumat verərək, xərçəng xəstəliyinin 15 növü üzrə müayinədən keçiblər. Məlum olub ki, aşağı həddə, lakin davamlı fiziki fəaliyyətlə məşğul olan şəxslər xərçəngin yeddi növünə tutulmaqdan sığortalanıblar.

Belə ki, davamlı idmanla məşğul olmaq qalın bağırsaq, süd vəziləri, uşaqlıq yolu, böyrək, beyin sümüyü, qaraciyər və limfa sisteminin xərçəng vəzilərinin inkişaf ehtimalını aşağı salır.

BAKU.WS