SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin sabiq Xarici İşlər və Baş naziri Əhməd Davudoğlunun qurmaq istədiyi partiyanın adı məlum olub.

BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, jurnalist Fatih Altaylı partiyanın adının “Gələcək Partiyası” olacağını yazıb.

Davudoğlunun partiyanın qurulması üçün bu gün Daxili İşlər Nazirliyinə sənədlərini təqdim edəcəyi gözlənilir.

Məlumata görə, partiyanın qurucları arasında onun keçmiş müşaviri Etyen Mahçupyan, jurnalist Hakan Albayraq kimi tanınmış şəxslər də var.

Qeyd edək ki, Ə.Davudoğlu bu ilin 13 sentyabrında Ədalət və İnkişaf Partiyasından (AKP) dən istefa etmişdi.

 Etyen Mahçupyan

Hakan Albayraq

BAKU.WS