SİZİN REKLAM BURADA!
055 213 76 73


İtaliya polisi ölkədə mafioz qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirib.

BAKU.WS RİA "Novosti"yə istinadən xəbər verir ki, ölkənin cənubunda əməliyyat zamanı "Ndrangheta" mafia qruplaşmasının üzvü olmaqda ittiham edilən 334 nəfər saxlanılıb.

"Bu, Palermoda baş verən ən böyük əməliyyatdır",-deyə Catanzaro şəhərinin prokuroru Nikara Gratteri bildirib.

Qeyd edək ki, İtaliyada "Maxiprocess" adlanan mafiozlara qarşı 1986-cı ildən 1992-ci ilə qədər keçirilən məhkəmə proseslərində Siciliya mafiyası nümayəndələrindən 350 nəfərin həbs ilə bağlı qərar çıxıb.

BAKU.WS