SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivudun məşhur siması Arnold Şvartseneggerin nikahdan kənar övladı atasının bədən quruluşuna sahib olduğunu ictimaiyyətə nümayiş etdirib.

BAKU.WS xəbər verir ki, 22 yaşlı Cozef Baen aktyorun keçmiş təmizlik işçisi Mildread Baendən olan övladıdır.

O, uzun müddətdir bodibildinqlə məşğul olur və "Mister Olimpiya" ləqəbini qazanıb.

Məşhur aktyorun oğlu İnstaqram səhifəsinə yerləşdirdiyi şəkildə atasının gənclik illərindəki kimi poza verib və bicepslərini göstərib.
İstifadəçilər gənci atası Arnold Şvartseneggerdən heç də fərqlənmədiyini yazıblar.

BAKU.WS
QALEREYA