SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın "İnteco Management" şirkətinin prezidenti Yelena Baturina ən varlı qadınların siyahısına yenidən başçılıq edir. 

BAKU.WS
xəbər verir ki, bu barədə "Forbes" jurnalı siyahı hazırlayıb. 

Yelena Baturinanın sərvəti 1,2 mlrd. dollar təşkil edir. 

İkinci yerdə "Wildberries" geyim internet-mağazasının baş direktoru Tatyana Bakalçuk (1 milyard dollar), üçüncü yerdə isə Tatyana Kovalçuk ($ 600 milyon) göstərilib. Sonuncu həyat yoldaşı Yuri Kovalçukla birgə "Bolşoy dom 9" şirkətinin səhmlərinin 49,9%-nə malikdir. 

İlk beşliyə həmçinin "Monako" futbol klubunun sahibi Dmitriy Rıbolovlevin keçmiş həyat yoldaşı Yelena Rıbolovleva və "Lebedyanski" zavodunun keçmiş səhmdarı Olqa Belyavtseva düşüb.
BAKU.WS