VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Lukoyl” kompaniyasının prezidenti Vahid Ələkbərovun oğlu Yusif ardıcıl olaraq dördüncü dəfə "Forbes” jurnalının Rusiyada ən varlı varislərin reytinqinə başçılıq edir.

BAKU.WS 
xəbər verir ki, jurnal dördüncü ildir Rusiyanın ən varlı sahibkarlarının varislərinin reytinqini hazırlayır.

Yusif bütün bu illər ərzində siyahıda liderliyini qoruyub. Reytinqdə övladlarına külli miqdarda miras qoyacaq 20 ailə təmsil olunur. Jurnal siyahını tərtib edərkən sahibkarın varidatını uşaqları arasında bölüb.

Beləliklə Yusif 21,8 milyard dollarlıq mirasla Rusiyanın ən varlı varisi adını qazanıb. "LetterOne” və "Alfa-Qrupp” kompaniyalarının sahiblərindən biri Aleksey Kuzmiçevin iki əkiz qızı - Marqo və Taya dünyaya gəlib. İndi üç uşağına miras qoyacaq sahibkar siyahıda 18-ci yerə enib. Bu il onun 7,6 milyard dollarlıq varidatı artıq üç uşaq arasında bölünəcək və hər birinə təxminən 2,5 milyard dollar çatacaq.
BAKU.WS