Şirvan su kanalında batan şəxsin meyiti tapıldı

20
okt
2019
19:41
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Şirvan su kanalının Ağdaş rayonu, Bulaqotağı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.FHN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Şirvan su kanalında batdığı ehtimal olunan 1985-ci il təvəllüdlü Məmmədov Əlibaba Namizəd oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Rusiyada nüfuzlu "qanuni oğru"nu villasında belə həbs etdilər - VİDEO
Kriminal aləmdə "Kostya Kanskiy" ləqəbi ilə tanınan "qanuni oğru" Konstantin Naybauer Krasnoyarsk vilayətində həbs olunub. BAKU.WS xəbər verir ki, bu barədə ölk...
