SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanının neft sənayesi müəssisələrinə həyata keçirilmiş hücumlarla bağlı yeni görüntülər yayılıb. 

BAKU.WS
xəbər verir ki, görüntülərdə “Saudi Aramco”ya məxsus zavodlara dronların dəqiq zərbələr endirməsi öz əkisni tapıb. 

Ərazidə quraşdırılmış müşahidə kameralarından görünür ki, Husilərin təşkil etdiyi hücumdan sonra zavodda irimiqyaslı yanğınlar baş verib.

Xatırladaq ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanındakı iki neft müəssisəsinə dron hücumları nəticəsində yanğınlar baş verib. Bundan sonra dünyanın ən iri neft istehsalçısı və ixracatçısı olan bu ölkənin hökuməti 9,8 milyon barellik gündəlik neft hasilatını 5,7 milyon barel azaltdıqlarını açıqlamışdı. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə müharibə apardığı Husilər hücumların onlar tərəfindən törədildiyini bəyan etmişdi.

BAKU.WS
VİDEO