055 213 76 73
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində “Saudi Aramco” şirkətinin neft hasilatı günlük 5,7 milyon barel azalıb. Bu isə qlobal neft istehsalının 5 faizinə bərabərdir. Mütəxəssislər bunun neft qiymətlərinə təsir edə biləcəyini deyirlər.
Şirkət rəsmiləri bu günün sonuna qədər bunun 2 milyon barelini bərpa edə biləcəklərini açıqlayıb. Lakin, şirkətin tam gücündə yenidən hasilata başlamasının bir neçə həftə çəkəcəyi bildirilib.
Hücumdan sonra 3 gün ərzində S.Ərəbistanına təxminən 1 milyard dollar ziyan dəyib.
BAKU.WS