SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanı hökuməti bu günlərdə ölkənin neft sənayesi müəssisələrinə törədilmiş hücumlarla bağlı İranı ittiham edib.

BAKU.WS-in Əl-Ərəbiyyə kanalının istinadən yaydığı məlumata əsasən, ölkənin Müdafiə Nazirliyinin sözçüsü Türki əl-Maliki mətbuat konfransı zamanı “Saudi Aramco”ya hücumun İran tərəfindən dəstəkləndiyinə dair kifayət qədər sübutların olduğunu bildirib. Onun sözlərinə görə, hücum zamanı İran istehsalı olan Delta-wing tipli pilotsuz təyyarələrdən istifadə olunub.

O qeyd edib ki, bu hücumla təkcə Səudiyyə Ərəbistanına deyil, dünyanın enerji təhlükəsizliyinə edilib.

Türki əl-Malikinin sözlərinə görə, hücum zamanı neft təsisatların İran istehsalı olan 7 "Ya Əli" adlı qanadlı raket atılıb. Maliki raketlərin atıldığı nöqtənin tam olaraq dədiqləşdirilıməsi üçün araşdırmaların davam etdiyini bildiirb. 

O, neft müəssisələrinə hücumlarda istifadə olunmuş dronların qalıqlarını və raketlərin parçalarını jurnalistlərə nümayiş etdirib.

Xatırladaq ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanındakı iki neft müəssisəsinə dron hücumları nəticəsində yanğınlar baş verib. Bundan sonra dünyanın ən iri neft istehsalçısı və ixracatçısı olan bu ölkənin hökuməti 9,8 milyon barellik gündəlik neft hasilatını 5,7 milyon barel azaltdıqlarını açıqlamışdı. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə müharibə apardığı husi qiyamçıları hücumların onlar tərəfindən törədildiyini bəyan etmişdi.
BAKU.WS
QALEREYA