SİZİN REKLAM BURADA!
055 213 76 73


NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen hesab edir ki, Gürcüstan hakimiyyəti Abxaziya və Cənubi Osetiya olmadan alyansa üzvlük məsələsinə baxmalıdır. 

BAKU.WS xəbər verir ki, ərazi münaqişələrinin həlli NATO-ya daxil olmaq üçün meyarlardan biri sayılır. 

"Əgər Gürcüstan NATO üzvü olmaq istəyirsə, demokratik islahatları davam etməlidir, korrupsiyaya qarşı mübarizə, söz azadlığı və azlıqların müdafiəsini təmin etməlidir. Hesab edirəm ki, Abxaziya və Cənubi Osetiya olmadan NATO-ya üzvlüklə bağlı müzakirələr başlamalıdır. Bu qərarı Gürcüstan verməlidir, bundan sonra NATO-nu qərar barədə xəbərdar etməlidir",-deyə Tbilisidə beynəlxalq konfransda Rasmussen bəyan edib.

Qeyd edək ki, Tiflis 2008-ci ilin avqustundan Abxaziya və Cənubi Osetiyaya nəzarəti itirib. Həmin bölgələr öz müstəqilliklərini elan ediblər və həmin qondarma rejimləri Rusiya tanıyıb.
BAKU.WS