VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın Loqar vilayətində NATO qüvvələrinə məxsus təyyarələr sivillərin yaşadığı məntəqələri bombalayıb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

NATO təyyarələrinin “Taliban” terrorçularına qarşı əməliyyat keçirmək niyyətində olduğu, lakin səhvən sivilləri vurduğu iddia edilib.

Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai NATO-nun sivillərə qarşı hücumları dayandırmağını istəyib.

Hələlik NATO tərəfi məsələ ilə bağlı susqun qalmağı üstün tutub.

Fərid ƏDALƏT
BAKU.WS