SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransanın Okkitanie bölgəsində 94 yaşlı kişi 92 yaşlı həyat yoldaşını döyərək öldürüb.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, ağır vəziyyətdə olan qadını qızı xəstəxanaya aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polislər tərəfindən saxlanılan kişinin ilkin dindirilmə zamanı psixoloji problemləri olduğu üzə çıxıb və nevroloji dispanserə yerləşdirilib.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il ölkədə 121 qadın qətlə yetirilib.
BAKU.WS