SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıt şəhərində 29 yaşlı kişi qətlə yetirilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 1990-cı il təvəllüdlü Aydın Seyidov tanışı, 28 yaşlı Babək Həsənov tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş B.Həsənov saxlanılıb.

Ziya SƏCCAD
BAKU.WS