Paytaxtın Nərimanov rayonunda ailə münaqişəsi cinayətlə bitib.


Xan Şuşinski, 64 ünvanında ər arvadını qətlə yetirib. 28 yaşlı Mahir Qocayev həyat yoldaşı Röya Allahverdiyeva ilə mübahisə edib. Əsəblərini cilovlaya bilməyən kişi həyat yoldaşını bıçaqlayıb, daha sonra isə özünə xəsarət yetirib.


Yaralılar ailə üzvlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, Röya Allahverdiyevanın həyatını xilas etmək mümkün olmayıb. Mahir Qocayev isə əməliyyat olunub. Vəziyyəti ağırdır.


Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.


BAKU.WS