SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı olub.

BAKU.WS xəbər verir ki, söhbət zamanı Suriya və Liviyadakı hadisələr, habelə ikitərəfli məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 

Türkiyə prezidenti İdlibdə hökumət qüvvələrinin atəşkəsi pozmasının humanitar böhrana səbəb olması ilə yanaşı, sülh danışıqlarına da mənfi təsir göstərdiyini, üstəlik, Türkiyə üçün də təhlükə yaratdığını bildirib.

Tərəflər İdlibdə terror təhlükəsinə qarşı müştərək addmlar atmaq və 17 sentyabr 2018-ci il tarixli Soçi memorandumunu yerinə yetirməklə bağlı razılığa gəliblər.

Qeyd edək ki, Suriyanın şimal-qərbindəki İdlib şəhəri ölkədəki daxili müharibə başladıqdan silahlı müxalifətin əsas mərkəzlərindən biri olub. Son günlər hökumət şəhəri nəzarətə götürmək üçün hərbi əməliyyatlar keçirir.
BAKU.WS