SİZİN REKLAM BURADA!
055 213 76 73


2018-ci ildə Moskvada diplomat Denis Pakı döydüyü üçün 18 ay müddətinə həbs cəzası alan rus futbolçular Aleksandr Kokorin (“Zenit”) və Pavel Mamayevlə (“Krasnodar”) bağlı növbəti iddia səsləndirilib.

BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, həmin hadisə vaxtı restoranda olan çexiyalı model Yekaterina Bobkova mayda hadisə ilə bağlı ifadə verməyi qəbul etmişdi.

Lakin, məhkəmədən bir neçə gün öncə Çexiyada bir hotelin 4-cü mərtəbəsindən düşən model məhkəmə prosesində iştirak edə bilməmişdi. Model müalicə üçün Rusiyaya aparılıb və 3 aylıq müalicədən sonra komadan ayılıb.

Özünə gələndən sonra başına gələnlər haqqında danışan model bildirib ki, hadisə günü 2 qədəh şərab içib:

“Futbolçuların göndərdiyi adamların şahid olmamağım üçün şərabıma qatdığı dərman mənə yuxu gətirdi. Sonra başıma vuraraq balkondan atdılar”.

Bobkova futbolçulara “cinayəttə təşəbbüs” və “cinayətə təşviq” maddələri ilə cinayət işi açılması üçün məhkəməyə müraciət edib.
BAKU.WS
QALEREYA