SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazaxıstanın Türküstan vilayətinin Aris şəhərində hərbi hissələrindən birində silah anbarının partlaması nəticəsində 165 nəfər yaralanıb.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, yarlılardan ikisi bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Daxili İşlər nazirinin müavini Yuri İlyinin sözlərinə görə, şəhərdə təxliyyə işləri davam edir:

“Fövqəladə vəziyyət olan bölgədən 2815 nəfər, ümumilikdə isə şəhərdən 41 mindən çox sakin təxliyyə edilib. Təxliyyə işləri davam etdirilir”.

Müdafiə naziri Nurlan Yermekbayevin sözlərinə görə, təxliyyə işlərinə 1200-dən çox əsgər səfərbər edilib.



Fərid ƏDALƏT
BAKU.WS