SİZİN REKLAM BURADA!
055 213 76 73


Polşanın Paençno şəhərində küçədə “T-55” Sovet tankı sürən sərxoş polyak saxlanılıb. 

BAKU.WS-in Rusiya mediasına istinadən verdiyi məlumata görə, polis əməkdaşları şəhərdə tankın hərəkət etməsi barədə məlumat alıblar. Əraziyə gəlmiş patrul əməkdaşları sovet tankını və iki nəfəri aşkarlayıblar.

Qeyd edilir ki, tankda aşkarlanmış şəxslərin hər ikisi, o cümlədən onu idarə etmiş 49 yaşlı kişi sərxoş olub.

Həmin şəxsin hərbi texnikanı idarə etmək üçün icazəsi olmadığından, polis keçmiş hərbçinin köməyi ilə tankı cərimə meydançasına aparıb. 

Onu idarə edən 49 yaşlı şəxsi isə 10 il həbs cəzası gözləyir. O, 8 il icazəsi olmadan tank sürdüyü üçün, 2 il isə onu sərxoş idarə etdiyi üçün azadlıqdan məhrum edilə bilər.
BAKU.WS
VİDEO