SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın NTV telekanalının müxbiri Nikita Razvozjayev dünyasını dəyişib.

BAKU.WS
 Rusiya KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı jurnalist özünü yaşadığı binanın 11-ci mərtəbəsindən ataraq intihar edib.


O, ölümündən əvvəl “VKontakte” sosial şəbəkəsindəki səhifəsində valideynlərindən, keçmiş həyat yoldaşından, dostlarından və həmkarlarından üzr istəyib.


Hüquq-mühafizə orqanlarının versiyasına görə, jurnalisti intihara sövq edən səbəb sevgi münasibəti olub. 


Nikita Razvozjayev 22 iyul 1993-cü ildə Saratovda doğulub. Saratov Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2016-cı ildən NTV telekanalının "Çrezvıçaynoye proisşestvyiye" proqramında çalışırdı.


Qeyd edək ki, Nikita Razvozjayev Moskvanın Qorki adına parkında desantçı ilə davası ilə məşhurlaşmışdı.


BAKU.WS