SİZİN REKLAM BURADA!
055 213 76 73



İtaliyanın baş naziri Cüzeppe Konte cümə günü, oktyabrın 26-da Trans Adriatik boru kəmərinin (TAP) tikintisi üçün İtaliya tərəfindən "yaşıl işıq" yandırıb.

BAKU.WS
 report-a istinadən xəbər verir ki, bu barədə "Deutsche Welle" nəşri yazıb.


Nəşr qeyd edir ki, bunadək ölkənin hakim koalisiyasına daxil olan "Beş ulduz hərəkatı" partiyası fəal şəkildə qaz kəmərinin tikintisinə qarşı çıxış edirdi.


"İndi əvvəlki hökumət tərəfindən planlaşdırılan və müqavilə öhdəliyinə malik olan bu layihəyə müdaxilə etmək artıq mümkün deyil", - deyə İtaliyanın hökumət rəhbəri bildirib.


Konte əlavə edib ki, qaz kəmərinin tikintisini əngəlləmək İtaliyaya "on milyardlarla avro"ya başa gələ bilər.


Bundan əvvəl TAP-ın yay fasiləsindən sonra tikinti işlərini bərpa edəcəyi xəbər verilib.


Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ildə 10 mlrd. kubmetrinin ilkin olaraq Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.


TAP layihəsinin ümumi dəyəri 4,5 mlrd. avro qiymətləndirilir.


TAP-ın inşasının 2020-ci ildə yekunlaşdırılacağı və elə həmin ildə ilk Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.


BAKU.WS