SİZİN REKLAM BURADA!
055 213 76 73



Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək "Roma"(İtaliya) - MOİK (Rusiya) oyunu öncəsi Roma metrosunda eskalator qırılıb.

BAKU.WS Rusiya mətbuiatına istinadən xəbər verir ki, qəza nəticəsində 30-dan çox azarkeş yaralanıb.

Onlardan 7-si ağır vəziyyətdədir, 5 nəfər orta, daha 18 nəfər isə yüngül xəsarət alıb.

Rusiyanın İtaliyadakı səfirliyin məlumatına görə, "Repubblica" metrostansiyasında hadisə baş ver zaman eskalatorda çoxlu sayda Rusiya azarkeşi də olub, lakin onlardan neçəsinin xəsarət aldığı hələ ki, məlum deyil.

Qəzaya səbəb kimi sərxoş rusiyalı fanatların eskalatorda atılıb-düşməsi göstəruilir.

BAKU.WS