Gürcüstanda marixuananın və çətənənin istehsalı, əldə edilməsi, saxlanılması və həkimin göstərişi olmadan istifadəsi cəzalandırılan cinayət hesab edilməyəcək.

BAKU.WS-in Oxu.Az-a istinadən xəbərinə görə, ölkənin Konstitusiya məhkəməsi “Qirçi” partiyasının vəsatətini təmin edib.

Partiyada məhkəmənin qərarını “tarixi” adlandırblar.

“Bu gün biz daha azadıq! Bu gündən etibarən Gürcüstanda marixuanadan istifadə cinayət sayılmayacaq! Təbrik edirəm!”, – partiyanın üzvü Nika Kavtaradze öz Facebook səhifəsinə yazıb.

BAKU.WS