23 il əvvəl baş verən 11 sentyabr hadisələrinin YENİ GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
ABŞ-də 11 sentyabr 2001-ci ildə baş verən dəhşətli terror aktının yeni görüntüləri yayılıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, video yaponiyalı fotoqraf Key Sugimoto tərəfindən çəkilib və yutubda yayımlanıb.
O görüntüləri "Sony VX2000" markalı kamera ilə Nyu-Yorkun Müqəddəs Mark küçəsindəki 64 nömrəli evin damından çəkib.
Bu video yalnız tarixi arxiv üçün nəzərdə tutulub.
Xronometrajı 6 dəqiqədən çox olan videoda Ticarət Mərkəzinin sol qülləsi, sonra sağ qülləsinin yavaş-yavaş çöküyü görüntülər yer alıb.
Xatırladaq ki, həmin gün Nyuark, Boston və Vaşinqtondan San-Fransisko və Los-Ancelesə yola düşən 4 sərnişin təyyarəsi qaçırılıb.
Hava nəqliyyatları ABŞ-da yerləşən "Əkiz Qüllələr"ə çırpılaraq qəzaya uğrayıb.
Bu binalar dünyanın gözü qarşısında anbaan məhv olarkən buna səbəb olan ölkələr Əfqanıstan və İraq göstərildi. Həmin faciədə 3 mindən çox insan həlak olub.
Ölənlər arasında yalnız ABŞ vətəndaşları deyil, 92 ölkə vətəndaşı da var idi.
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...