Adeldən yeni qərar - İki ildən sonra... - FOTO

Adeldən yeni qərar - İki ildən sonra... - FOTO
Siyasət 87

Məşhur müğənni Adel yeni qərar verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi iki il aradan sonra Londona köçür.

"Grammy" mükafatlı ifaçı uzun müddətdir Las-Veqasda konsertlər verirdi.

36 yaşlı müğənninin Las-Veqas turu noyabrda başa çatacaq. "The Sun" qəzetinin məlumatına görə, müğənninin köməkçisi Rouz Mun bir neçə həftə əvvəl İngiltərəyə qayıdıb və hazırda müğənninin qayıtması üçün orada bəzi işlər görürür.

Sənətçinin Londona köçməsi ilə bağlı bir mənbədə "Adel ingilisdir və London həmişə onun evi olacaq" deyə qeyd edilib.

Xatırladaq ki, Adel "Easy On Me", "Hello", "Someone Like You" və "Rolling in the Deep" mahnıları ilə məşhurluq qazanıb.

Son xəbərlər