SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni İbrahim Tatlıses evində illərdir icazəsiz yaşayan nəvəsi Merti məhkəmə yolu ilə oradan çıxarıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o “Atalıq necə olur, baxsın, öyrənsin!” deyərək Mertin atası Ahmet Tatlısesə ismarış göndərib.

Buna cavab olaraq Ahmet sosial mediada hesabında açıqlama yayıb.

O bir zamanlar atası İbrahimin onu şəxsi mühafizəçisi kimi işlətdiyini etiraf edib:

“Mertin 2 yaşı olanda anası leykoz xəstəliyindən vəfat etdi. Mən ata olmaq necə olur, onu çox yaxşı bilirəm. Hələ uşaq yaşlarımda məni özünüzün şəxsi mühafizəsi etmişdiniz. Konsertlərdə məni izdiham qarşısına atırdınız, özünüzə qalxan etmişdiniz. Mən illərlə canımı heçə sayıb sizi qorudum. Siz mənim necə övlad olmağımı da, necə ata olmağımı da sorğulaya bilməzsiniz! İki igid oğlum var. Səhvləri ilə doğruları ilə onlara qürurla baxıram. Sizin kimi övladlarıma qarğış etmirəm”.

BAKU.WS