Rusiya və İsrail rəsmiləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

15
apr
2024
19:36
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə İsrailin Milli təhlükəsizlik Şurasının sədri Tsaxi Haneqbi arasında telefon danışığı olub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, tərəflər İranın İsrailə birbaşa hücumundan sonra Yaxın Şərqdə yaranan vəziyyəti müzakirə edib.
N.Patruşev Yaxın Şərqdə gərginliyin qarşısını almaq üçün bütün tərəflərin təmkin nümayiş etdirməsinin vacibliyini vurğulayaraq ölkəsinin diplomatik həll tərəfdarı olduğunu söyləyib.
Oxşar xəbərlər
Yaxın Şərqdəki son gərginliyin bazarlara TƏSİRİ
Yaxın Şərqdə davam edən gərginliyin dünya bazarlarına təsiri maraqla gözlənilir. Maraqlıdır ki, qlobal bazarlar bu gərginlik fonunda sabit mövqe göstərib. Bu ba...
