SİZİN REKLAM BURADA!
055 213 76 73


İran İsveçrə vasitəsilə ABŞ-a xəbərdarlıq edib ki, Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləsə, Amerika bazaları hərbi hədəfə çevriləcək.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib.

"Biz İsveçrə səfirliyi vasitəsilə Amerikaya məlumat verdik ki, ABŞ bazaları İsrailin gələcək hərəkətlərində istifadə olunarsa, hərbi hədəfə çevriləcək. Biz bunu təcavüz kimi qiymətləndirib, ona uyğun hərəkət edəcəyik", - deyə o qeyd edib.

BAKU.WS