SİZİN REKLAM BURADA!
055 213 76 73


Güclü yağış Pakistanın Pəncab, Bəlucistan və Sind əyalətlərində həyatı iflic edib. 25 nəfər ildırım vurması nəticəsində həlak olub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti kənd təsərrüfatı işçiləri olub.

Bildirilib ki, təkcə Pəncabın müxtəlif yerlərində ildırım çaxması nəticəsində 16 nəfər həyatını itirib.

Həyatını itirənlərin əksəriyyətinin kənd təsərrüfatı işçiləri olduğu bildirilib.

Çox sayda insan yaralanıb, bəzi evlərə ziyan dəyib

Pakistan Meteorologiya İdarəsi yağışların davam edəcəyini açıqlayıb və əhaliyə xüsusilə tufan zamanı qapalı ərazilərdə qalmaları barədə xəbərdarlıq edib.

BAKU.WS
QALEREYA