SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur rejissor Nuri Bilge Ceylan yeni açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, sonuncu dəfə 56-cı SİYAD Türkiyə Kino Mükafatlarından 9 mükafat alan rejissor bir daha film çəkməyəcəyini deyib:

"Hazırda nə edəcəyimi bilmirəm. Heç vaxt yazılı, hazır layihəsi olan rejissor olmadım.

Çünki bir film çəkmək insanı dəyişdirir. Məsələn iki layihəm olsa, birincini çəksəm artıq ikincini çəkə bilmərəm.

Hər şeyi zamana buraxıram. Gözləyirəm, mütaliə edirəm, gəzirəm və məndə yavaş-yavaş yeni film haqqında təəssuratlar yaranır.

Film çəkmək üçün bu anı gözləyirəm.

Amma bəlkə də bundan sonra film çəkməyəcəyəm. Bilmirəm. Sırf ortaya iş çıxarım deyə film çəkmərəm.

Buaralar daha çox şəkil çəkməklə məşğulam. Bu da mənim daha çox xoşuma gəlir".

BAKU.WS