SİZİN REKLAM BURADA!
055 213 76 73


Rejissor Nuri Bilge Ceylanın "Kuru Otlar Üstüne" filmində müğənni Ferhat Göçerin mahnısı icazəsiz istifadə edilb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Musiqi Əsərləri Sahibləri Birliyi (MSG) rəhbəri olan Ferhat Göçer "Son Aşkım" mahnısı icazəsiz istifadə edildiyini bildirib.

Bununla bağlı sənətçi sosial şəbəkə hesabında açıqlama yayıb.

"Bir dəfə zəng edib, icazə alsaydılar mahnımı sevə-sevə verərdim"- deyə ifaçı vurğulayıb.

Xatırladaq ki, aktrisa Merve Dizdar 76-cı Kann Film Festivalında "Kuru Otlar Üstüne" filmindəki roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında "Qızıl Palma" aldı.

Bir müddət əvvəl Türkiyədə keçirilən 56-cı SİYAD Türkiyə Film Mükafatları mərasimində isə "Kuru Otlar Üstüne" filmi 9 nominasiyada qalib oldu. 

BAKU.WS