SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktyor Kadir İnanır aktrisa Merve Dizdarın "Kann" film festivalındakı çıxışına görə qınanılmasına etiraz edib. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, İnanır bu qədər böyük mükafat alan həmkarının böyük alqışlara layiq olduğunu bildirib:

Dünyanın ən böyük ikinci film festivalı olan "Kann"da öz performansı ilə mükafat alan Merve Dizdarı və film heyətini ürəkdən təbrik edirəm. Bu mənim Mərveni bəyənməyənlərə xəbərdarlığımdır: Hörmətli olun! Ayağa qalxın! Alqışlayın!".

Xatırladaq ki, Merve Dizdar 76-cı Kann film festivalında "Ən yaxşı qadın aktrisa" nominasiyda "Qızıl Palma" mükafatı alıb.

Bununla da o, Türkiyə kino tarixində "Qızıl Palma" alan ilk qadın aktrisa oldu. 

BAKU.WS