SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Bəhram Bağırzadə İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olub.

BAKU.WS xəbər verir ki, Bəhram Bağırzadə verilişdə film çəkmək bağlı suala cavab verərkən sevgi və məhəbbət mövzusunda film çəkmək istədiyini bildirib.

"Bir rejissor kimi imkan olsa sevgi və məhəbbət mövzusunda filmlər çəkərəm. Heç vaxt qorxulu, dava, ölüm və narkotika mövzusunda filmlər çəkmərəm. Bu bizim millətə uyğun olmayan mövzulardır. Necə ki, mərhum Arif Babayev, Rasim Ocaqov Azərbaycanı görürdü, mən də elə filmlər çəkmək istəyərdim.

Yox, hazır deyiləm. Çünki mənim pulum yoxdur. Əgər çəkməli olsam, gərək öz puluma çəkim. Bu filmdir, vəsait istəyir. Ən azından millətin qarşısında gərək düzgün olasan",-deyə Bəhram Bağırzadə əlavə edib. 

Orxan Hüseyn
BAKU.WS
VİDEO